Qüdsdə Ramazanın sonuncu cüməsinin Qədr gecəsi necə keçdi?..- 200 minə yaxın müsəlman…

Aprelin 6-na keçən gecə, Ramazan ayının dördüncü cüməsinin sonunda 200 minə qədər müsəlman Qüdsdəki Məscidül-Əqsanın yerləşdiyi Məbəd dağında Qədr gecəsini qeyd edib.

 

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki,  bu haqda İordaniya tərəfindən yaradılımış və müsəlmanların Məbəd dağına ziyarətinin təhlükəsizliyini təmin edən “Qüds Vaqfı” məlumat yayıb.

 

Bayram yalnız Məbəd dağında deyil, həm də Qüdsün Köhnə şəhərinin digər ərazilərində, eləcə də ərəb məhəllələrində baş tutub.

 

İğtişaşlar və polisin qanunu pozanları həbs etdiyi barədə məlumatlar var. Polis kütləni dağıtmaq üçün xüsusi vasitələrdən istifadə etməyə məcbur olub. Polisin mətbuat xidməti bildirir ki, 16 ekstremist saxlanılıb.

 

Qüdsün şimalında yerləşən Şuafat qaçqın düşərgəsinin sakinləri sərhədçilərə tərəf fişənglər atıblar.

 

S.Laçın

 

Mənbə

Share: