“Qvardiola və ya Klopp olmayın”

“Bayer”in baş məşqçisi Peter Bos gənc məşqçilərə özlərini Pep Qvardiola və Yürgen Kloppa oxşatmamalırını tövsiyə edib.

Qol.az-ın məlumatına görə, o, DAZN-a açıqlamasında deyib ki, yeni məşqçilər öz futbol üslublarını yaratmalıdırlar:

“Özünüz olun! Öz üslubunuzu inkişaf etdirin və başqalarını yamsılamayın. Qvardiola və ya Kloppu təqlid etməyin. Əgər onlardan birinə bənzəmək istəsəniz, oyunçular bunu o dəqiqə hiss edəcəklər. Öz fəlsəfənizi inkişaf etdirin və buna bağlı qalın. Öyrənən zaman öz tərzinizi saxlamalısınız və eyni zamanda əylənməlisiniz də. Əgər əyləncə yoxdursa, hər şeyi unudun”.

Share: