Rusiya Dnepr SES-ə güclü zərbə endirib –  FOTO/VİDEO

“Bu, Rusiyanın müharibə başlanandan Ukraynanın enerji sisteminə ən güclü zərbəsidir…”

 

“Düşmənin istifadə etdiyi 151 hədəfdən 92-si məhv edilib, ən böyük zərbə Xarkov şəhərinə endirilib…”

 

“Ukraynanın enerji sisteminə dəstək üçün Avropanın elektrik enerjisi cəlb ediləcək…”

 

Bu gecə rusiyalılar Ukraynaya raket və dronlarla güclü zərbə endirib. Bu hücum Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan Ukraynanın enerji sisteminə ən böyük hücumudur.

 

Moderator.az xəbər verir ki, bu barədə “business-gazeta.ru” nəşri məlumat verib.

 

Məlumatda deyilir ki, Rusiya 151 hava hədəfindən zərbələr endirib, müdafiəçilər 92 hədəfi- 55 “Shahed” və 37 qanadlı raketi məhv edib.

 

Zərbələr 63 “Shahed-136/131” tipli PUA, 12 ballistik raket, 40 “X-101/X-555” qanadlı raket, 5 “X-22” qanadlı raket, 7 “X-47M2 “Kinjal” aeroballistik raket, 2 idaeəedilən “X-59” aviasiya raketləri ilə endirib.

Düşmən hücumunun qarşısının alınması üçün Ukrayna Hava Qüvvələri və Quru Qoşunlarının zenir-raket bölmələrindən, mobil atəş qruplarından, həmçinin mümkün radioelektron mübarizə vasitələrinidən istifadə edilib. Ukraynalılar 92 hədəfi- 55 “Shahed” və 37 qanadlı raketi məhv edib.

 

“Rusiya kombinəedilmiş məhvetmə vasitələrilə ölkə boyunca bütün enerji sistemlərinə hücum edib”. Bunu telemarafonunun efirində “Ukrenerqo” İdarə Heyətinin sədri Vladimir Kudritski bəyan edib.

 

“Bu, Ukraynanın enerji sisteminə indiyədək olan ən böyük hücumdur. Kombinəedilmiş məhvetmə vasitələrindən, təkcə qanadlı raketlər deyil, həm də ballistik raketlər və dronlardan, istifadə edilib. Hücum Ukraynanın müxtəlif regionlarına, istilik və su elektrik stansiyalarına, həmçinin magistral yarımstansiyalara edilib. 

Ən çox zərbə Xarkova endirilib, burada zədələnmələrin miqyası çox böyükdür. Hazırda biz şəhərin elektrik təchizatının tez bir zamanda bərpa planı üzərində işləyirik. Lakin bu gün müxtəlif regionlarda energetiklərin işlədiyi zaman elektrik enerjisinin verilməsində məhdudiyyətlər ola bilər”, – Kudritski deyib.

 

Bundan başqa, o, bu gecə Rusiyanın Dnepr SES-ə hücum etdiyini təsdiqləyib.

“Dnepr SES-ə hücum indiyədək bu obyektə edilən ən böyük hücumdur. Düşmənin məqsədi obyekti tamamilə sıradan çıxarmaq olub, orada indi zədələnmələr dəyərləndirilir. Sonradan gün ərzində bu obyektin statusu barədə danışmaq olar.

 

Qeyd edim ki, hələlik bəndin dağılması riski barədə hər-hansı məlumat yoxdur. Zədələnmələr böyükdür, lakin bunlar məhz elektrik stansiyaların elektrik enerjisi istehsal etməsi işinə aiddir”, – Kudritski deyib.

Ukraynanın Qərb tərəfdaşlarından elektrik enerjisinin cəlb edilib-etməyəcəyi barədə suala cavabında o, deyib: 

 

“Biz səhərdən dispetçer otağında işləmişik. Belə imkan nəzərdən keçirilib və Ukraynanın enerji sisteminə dəstək üçün xüsusilə bərpanın ilk saatlarında belə yardım cəlb ediləcək. Avropadan elektrik enerjisi ala biləcəyimiz, heç şübhəsiz, bizim təhlükəsizliyimizin mühüm amilidir”.

 

***

 

Martın 22-nə keçən gecə Rusiya Ukraynanın enerji sisteminə kombinəedilən zərbə endirib. Krivoy Roq, Xarkov, Zaporojye, Krapivnitsk və Xmelnitsk şəhərləri zərbəyə məruz qalıb.

O cümlədən Rusiya qoşunları Ukraynanın ən böyük su elektrik stansiyası olan Dnepr SES-ə zərbə endirib. Zərbə zamanı adamlarla dolu olan trolleybus zərər çəkib.

 

Bu səbəbdən Zaporojye AES blekaut həddinə çatıb. Müvəqqəti işğal edilmiş Zaporojye AES-i Ukraynanın birləşmiş enerji sisteminə birləşdirən xarici hava xətti ayrılıb.

Mənbə

Share: