Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 145 mini keçib

Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 145 060 nəfərə çatıb.

Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, son sutkada Rusiyanın 620 hərbçisi məhv edilib.

Qeyd olunub ki, bundan başqa Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 334 tank, 6 569 zirehli maşın, 2026 operativ-taktiki PUA, 471 reaktiv yaylım atəşi sistemi, 2 345 artilleriya sistemi, 243 hava hücumundan müdafiə sistemi, 299 təyyarə, 287 helikopter, 5212 avtomobil və tanker, 226 xüsusi texnikadan ibarətdir.

Mənbə

Share: