Rusiya Ukraynada mülki şəxslərin təxliyəsi üçün “sükut rejimi” elan edib

Ukrayna-Rusiya danışıqlarının üçüncü mərhələsi baş tutandan dərhal sonra Moskva müsbət addım atdı.

Millətin Səsi.az xəbər verir ki, Rusiya Humanitar Qərargahından  verilən açıqlamada Ukraynanın Kiyev, Çerniqov, Sum, Xarkov və Mariupol şəhərlərində martın 8-dən etibarən mülki şəxslərin təxliyəsi üçün sükut rejimi elan edilərək humanitar dəhliz açılacağı açıqlanıb. . Mərkəzin açıqlamasında sükut rejiminin martın 8-də yerli vaxtla saat 10:00-da başlayacağı və Rusiyanın 44 min 187 uşaq olmaqla 173 min 773 nəfəri təxliyə edəcəyi bildirilib.

Share: