Zelenski Böyük Britaniya parlamentində çıxış edəcək

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfindən işğala məruz qalmış  Ukraynanın paytaxtı Kiyevdən bu gün Ukrayna vaxtı ilə saat 19.00-da Britaniya parlamentinə videokonfrans vasitəsilə müraciət edəcək. Zelenskinin müraciəti ilə əlaqədar Britaniya parlamentində rəsmi işlərin dayandırılacağı və müraciətdə sual-cavab bölməsinin olmayacağı bildirilib. Zelenskinin çıxışının Ukrayna dilində olacağı və ingilis dilinə sinxron tərcümənin olacağı açıqlanıb. Bildirilib ki, deputatların Zelenskinin çıxışına baxa bilməsi üçün akt zalında ekranlar quraşdırılacaq.

İcmalar Palatasının spikeri Lindsay Hoyl deyib: “Hər bir parlamentar Ukraynadan canlı olaraq bizimlə danışacaq prezidenti birbaşa eşitmək istəyir. Ona görə də bu, parlament üçün mühüm fürsətdir”.

Share: