Rusiya Ukraynanın itkilərini açıqladı

24 fevraldan indiyə qədər Ukraynanın 2482 hərbi obyektini məhv edilib.

Millətin Səsi.az xəbər verir ki, bu məlumatı Rusiya MN-in rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov yayıb.

O bildirib:

“Məhv edilən hərbi obyektlərin arasında 87 komanda idarəetmə məntəqəsi, 124 ədəd S-300, “Buk M-1” və “Osa”, həmçinin 79 radiolokasiya sistemi var”.

O, həmçinin 866 tank və digər zirehli maşın, 91 radioaktiv yaylım atəş sistemi, 317 artilleriya və minaatan, 634 ədəd xüsusi hərbi maşın, o cümlədən 81 PUA-nın məhv edildiyini vurğulayıb.

Share: