“Rusiya uzunmüddətli döyüş əməliyyatlarına hazır deyil, çünki resursları məhduddur”

“Rusiyanın ali rəhbərliyində Ukraynaya qarşı müharibənin davam etdirilməsi barədə fikirlər haçalanıb. Amma bunu parçalamaq adlandırmaq olmaz…”

 

“Hamı “birmənalı olaraq müharibə tərəfdarı olan Kreml qalasının” divara dirənməsi və bunun “dalan” olduğunu etiraf etməsi məqamını gözləyir…”

 

“Ukrayna süqut edərsə, növbədə Şərqi Avropa ölkələri olacaq, bunu hamı anlayır…”

 

Rusiya rəhbərliyində çoxları anlamağa başlayıb ki, Ukraynaya qarşı müharibədə “nəsə alınmır”.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kiril Budanov “Amerikanın səsi”nin Ukrayna xidmətinə müsahibəsində deyib.

 

O, qeyd edib ki, Rusiya “məğlub olacağını etiraf” edə bilməz.

 

“Belə deyək, Rusiya döyüş əməliyyatlarını  davam etdirilməsində yekdildirmi? Cavab- “xeyr”, yekdil deyil. Ali dövlət rəhbərliyinə gəldikdə, bir çoxları anlayıb ki, nəsə alınmır, – Budanov qeyd edib. – Fikirlər haçalanıb. Bunu parçalanmaq adlandırmaq olmaz. Orada, rəhbərlikdə müharibənin sonadək davam etdirilməsinə tərəfdar olanlar çox deyil. Bu istəkdə olanların əksəriyyətində məsuliyyət qorxusu var. Çünki müəyyən sayda adamlar var ki, onlar “bu qərar bizsiz qəbul edilib, bunu biz etməmişik” deyə bilməzlər. Yeri gəlmişkən, onların sayı azdır.

 

Ukrayna kəşfiyyatı rəhbərinin sözlərinə görə, Rusiyada “hamı birmənalı olaraq bu müharibəyə tərəfdar olan Kreml qalasının, obrazlı desək, divara dirənəcəyi və hər şeyin dalana dirəndiyini etiraf edəcəyi məqamı gözləyir”.

 

Eyni zamanda Budanov təkrarlayıb ki, müharibənin nəticəsi birmənalı olaraq Ukraynanın 1991-ci il sərhədlərinə dönməsi olacaq.

 

“Bu, prezidentin və bütün sivil dünyanın mövqeyidir. Əks halda çıxış yolu olmayacaq. Hər hansı başqa variant gerçək deyil. Çünki Ukrayna dayanmayacaq, heç Rusiyanı da bu, öz döyüş əməliyyatlarını datandırmağa imkan verməyəcək. Yəni söbhət bütün beynəlxalq birlik tərəfindən qəbul edilmiş beynəlxalq normalara dönməkdən gedir”, – BKİ rəhbəri deyib.

 

Budanovun fikrincə, Rusiya uzunmüddətli döyüş əməlyyatlarına hazır deyil, çünki resursları kifayət qədər məhduddur.

Müharibənin növbəti üç ayı “kifayət qədər aktiv” olacaq.

 

Jurnalist qeyd edib ki, ABŞ siyasi elitasında bu müharibənin necə başa çatacağını görmürlər, o cümlədən mümkündür ki, uzun və qeyri-sabit atəşkəs ola bilər. O, Budanovdan müharibənin bitməsinin hansı ssenarisini gördüyünü soruşub.

 

“Mən buna inanmıram. Yox, – BKİ rəhbəri cavab verib. – Birincisi, Ukrayna belə şərtlərə getməyəcək, bu, reaı deyil. İkincisi, bu, sadəcə, olmayacaq. Rusiya uzunmüddətli döyüş əməliyyatlarına hazır deyil. Bunu mən Sizə kəşfiyyat orqanının rəhbəri kimi deyirəm. Onlar hər vəchlə göstərmək istəyirlər ki, bu “müharibə on il çəkəcək”, lakin, əslində, onların resursları məhduddur. Həm zaman, həm də həcm baxımından. Və onlar bunu çox gözəl bilir”.

 

Budanovun sözlərinə görə, müharibədə “indi hamı tələsəcək”, növbəti üç ayda “kifayət qədər aktiv olacaq”.

 

“Çox aktiv olacaq və hadisələrin gələcək gedişini müəyyən edəcək. Bu, aktiv döyüş əməliyyatları olacaq…Həm onlar, həm də bizim tərəfdən…Tamamilə hər tərəfdən”, – Budanov qeyd edib.

 

“Ukrayna hazırda bütün Avropanın təhlükəsizlik qarantıdır. Rusiyalıların əbləhliyi ucbatından bütün geosiyasi dəhşətlər gerçəkliyə çevrilib.

 

Rusiya Ukraynaya qarşı müharibədə “artıq Qərb silahı ilə üzləşib”, Budanov qeyd edib.

 

Əgər Ukrayna Rusiyaya qarşı müharinədə tab gətirməsəydi, növbədə Şərqi Avropa ölkələri olacaqdı, bunu onlar aydın şəkildə anlayır.

 

“Ukrayna indi, prinsipcə, bütün Avropa üçün təhlükəsizlik qarantıdır. Mübaliğəsiz belədir.  Bütün Şərqi Avropa bunu tamamilə aydın şəkildə dərk edir. Nədən hamı həqiqətən Ukraynaya imkan daxilində kömək etməyə cəhd edir? Çünki Ukrayna süqut edərsə, növbədə onlar olacaq. Bağışlayın, bu ölkələrin gücü Ukrayna ilə müqayisə edilə bilməz. Onlarda hər şey həddən artıq pis olacaqdı”.

 

Budanovun sözlərinə görə, müharibədən sonra Ukrayna “ən güclü dövlətlərdən birinə çevriləcək”, Rusiya isə “artıq Qərb silahı ilə üzləşib”.

 

“Rusiyalıların əbləhliyi ucbatından ən böyük geosiyasi dəhşətlər gerçəyə çevrilib…Biz bütün dünyada olan sovet silahını utilizasiya etmişik və Rusiyanın hərbi-sənaye komplekskini dünyanın silah bazarından kənara atmışıq. Biz müdafiə sənayesi kompleksinin fəaliyyətini məhdudlaşdırmışıq, prinsipcə, onların ordusunun bir hissəsini utilizasiya etmişik. Bu da onların hərbi ambisiyalarını bir çox illər ərzində yox edir”, – BKİ rəhbəri deyib.

 

Budanov qeyd edib ki, “təhsil alan, rusiyalıların illərlə fəxr etdiyi xüsusilə elit bölmələr, sadəcə, daha mövcud deyil”.

 

“Rusiya əsirliyində 40 % mülki şəxslər var, bunlar qadınlar, uşaqlar, qocalar, poçtalyonlar, dəmiyolçular, merlər, dalandarlardır.

O, deyib ki, bu, Ukrayna əsirliyində olan rusiyalı işğalçıların sayından çoxdur.

 

“Bunu izah etmək çox asandır. 90 faiz hərbi əsirlər müharibənin ilk günləri ələ keçirilib. İlk günləri, ilk ayında. Üstəgəl Mariupolda dəhşətli faciə nəticəsində bu addımı atmağa məcbur olduq. Lakin məsələnin başqa tərəfi də var, geniş məlum deyil. 40 % girovda saxlanılanlar mülki insanlardır. Ona görə də aydındır ki, bizdəkilər azlıq təşlil edir. Biz mülkiləri əsir götürmürük. Orada isə hər cür mülkilər var”, – Budanov vurğulayıb.

Mənbə

Share: