Rusiyada saxta içkidən 23 nəfər öldü 

Rusiyanın iyunun 5-dən bu yana saxta içkidən ölənlərin sayı 23 nəfər çatıb.

 

Modern.az xəbər verir ki bu barədə “Kommersant” qəzeti yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bildirilir ki, içkidən zəhərlənən 70 nəfər xəstəxanada müalicəsini davam etdirir.

 

Məlumata görə, içki Samara bölgəsində yerləşən şirkət tərəfindən istehsal olunub. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Mənbə

Share: