Rusiyanın daha 350 hərbçisi MƏHV EDİLDİ

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müharibədəki itkilərini açıqlayıb.

Milletinsesi.az xəbər verir ki, Baş Qərargahın yaydığı məlumata görə, ötən gün ərzində Ukrayna ordusu Rusiyanın 350 hərbçisini məhv edib.

Ümumilikdə Rusiyanın canlı qüvvə itkilərinin sayı 47 100-ə çatıb.

Bundan əlavə, Rusiyanın 1947 tankı, 4269 zirehli döyüş maşını, 1060 artilleriya sistemi, 279 reaktiv yaylım atəşi sistemi, 149 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 203 helikopteri, 844 PUA, 196 qanadlı raketi sıradan çıxarılıb.

Mənbə

Share: