“Ruslardan ibarət legion “vaqner”çiləri darmadağın etdi… Hələ başqırd bölüyü də var…”

Ukrayna rəsmisi Rusiya ordusuna qarşı “Turan” Türk bölüyünün də döyüşdüyünü təsdiqlədi…

 

“Ukrayna tərəfində Ukrayna Silahlı Qüvvələrinin tərkibində Rusiyaya qarşı Başqırdıstandan olan yerlilərin də daxil olduğu Başqırdıstan bölüyü  döyüşür”.

 

Moderator.az “TSN”-ə istinadla xəbər verir ki,  bunu Rusiya müxalifət lideri, hüquqşünas Mark Feyginlə söhbətində Ukrayna  Prezident Ofisinin müşaviri Aleksey Arestoviç söyləyib.

 

“Baxmut yaxınlığında döyüşən “Rusiyanın azadlığı” legionundan başqa başqırd bölüyü də döyüşür… Yeri gəlmişkən, bir neçə gün əvvəl baş verən əks-hücumda ““Rusiyanın azadlığı” legionu “vaqner”çilərin dayaq məntəqəsini çox məharətlə darmadağın etdi. Onu yox etdilər. Afərin, uşaqlar, düşmənə zərbə vurmaqdan əl çəkmirlər… 

 

Bizdə  başqırd bölüyü də peyda olub… O, leqionda deyil, o, indi Ukraynanın Silahlı Qüvvələri tərkibində ayrıca döyüşür. Amma bu, artıq Başqırdıstan sakinlərindən ibarət bütöv bir bölükdür”, – Arestoviç belə deyib.

O, Feyginin “Belə milli bölüklər Ukraynada xoş qarşılanırmı?” sualına da müsbət cavab verib. PO-nun müşaviri əlavə edib ki, Ukraynanın tərəfində  “Turan” adlı Türk bölüyü də vuruşur.

 

Xatırladaq ki, mart ayından etibarən “Rusiya Azadlığı” legionuna daxil olan ruslar Ukrayna tərəfində işğalçılara qarşı döyüşürlər. Bunlar keçmiş Rusiya hərbçiləri arasından Putin rejiminə qarşı çıxan könüllülərdir.

 

Vaxt keçdikcə “Rusiyanın azadlığı” legionunun  Rusiya Federasiyasının öz ərazisisində də yerlərdə aktiv əməliyyatlar aparan  ocaqları da meydana çıxır.. Belə ki, xəbər verdiyimiz kimi, noyabrda Rusiyanın Yekaterinburq şəhərində “Rusiyanın azadlığı” legionunun fəalları Ukraynaya qarşı müharibə üçün işğalçılara çatdırılmalı olan yanacaqla dəmiryol qatarlarını yandırıblar…

 

Sultan Laçın

Mənbə

Share: