Səhnədə olduğu hər dəqiqə üçün 16 min qazanacaq

Türkiyənin pop ulduzu Tarkanın Yeni ildə olacağı ünvanı məlum olub.

Milletinsesi.az “qafqazinfo”ya istinadən xəbər verir ki, məşhur müğənni Kiprdəki hotellərin birində səhnəyə çıxacaq. Sənətçi artıq təşkilatçılarla müqavilə imzalayıb.

“İkinci Sayfa” proqramının məlumatına əsasən, Tarkan səhnədə olduğu hər bir dəqiqə üçün 16 min TL (4684 AZN) qazanacaq.

İfaçının səhnədə iki saat olacağı gözlənilir ki, bu da onun qonorarının miqdarının ümumilikdə 2 milyon lirədən (585 min 600 AZN) çox olduğu deməkdir.

Share: