Sabah hava necə olacaq ?

Bu gün artıq səhər saatlarından paytaxt ərazisində dəyişkən buludlu və yağmursuz hava şəraiti hökm sürür. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Bu sözləri Axar.az-a ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu isə 9-11 dərəcə isti olacaq. Bölgələrimizdə də bəzi yerlərdə yağış yağacaq. Əsasən şərq rayonlarında yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın maksimal temperaturu Mərkəzi Aran rayonlarında 9-14, dağlarda isə 3-8 dərəcə isti olacaq”.

G.Məmmədova bildirib ki, sabah paytaxtda ara-bir yağış yağacağı gözlənilir:

“Axşama doğru yağan yağışın tədricən kəsəcəyi praqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək, ara-bir güclənəcək. Havanın temperaturu 9-11 dərəcə isti olacaq. Bölgələrimizdə də yağan yağış sabah axşama doğru tədricən kəsiləcək. Artıq dekabrın 15-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir”.

Share: