Hikmət Mirzəyevin qohumunun evindən oğurluq edildi

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin yaxın qohumunun evindən oğurluq olub.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, H.Mirzəyevin yaxın qohumunun Abşeron rayonu ərazisində yerləşən evindən oğurluq edilib.

Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə H.Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra Daxili İşlər Nazirliyi məlumatı təkzib etmişdi.

Share: