Sahibkarların müdafiəsi ilə bağlı qanunvericiliyi pozanların cərimələri 2 dəfə artırılır

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr ikiqat artırılır.

 

Moderator.az xəbər verir ki, bunu nəzərdə tutan dəyişikliklər İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulur.

 

Dəyişikliklər bu gün parlamentdə qəbul edilib. Dəyişikliklə Məcəllənin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.

 

Məcəllənin hazırkı bəndinə əsasən isə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

 

Mənbə

Share: