Şahin Bağırov Balakən və Zaqatalada vətəndaşları qəbul edəcək

Sentyabrın 16-sı, saat 10:30-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Balakən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Balakən şəhəri, Səttar Gözəlov küç 1.) Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, qəbul zamanı Balakən və Zaqatala rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (//customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

 

Mənbə

Share: