Şakiranın övladları bu filmə nifrət edir

Şəxsi həyatı ilə gündəmdən düşməyən müğənni Şakira “Allure” jurnalına müsahibə verib.

 

Moderator.az xəbər verir ki, o açıqlamaları zamanı övladlarının “Barbi” filmini sevmədiyini bildirib:

 

 

“Oğullarım “Barbi” filmdən nifrət etdilər. Onlar bu ekran işində kişilərin zəif göstərildiyini bildirdilər.

 

Bu mövzuda biraz onlara qatılıram. Hazırki dövrdə kişilərin qadınları gücləndirməyə çalışmasını bəyənirəm. Düşünürəm ki, qadınlara bütün vasitələri və inamı verək ki, özümüzü itirmədən hər şeyi edə bilək”.

Mənbə

Share: