Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır.
Bunu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan gənclər və idman naziri Fərid Qayıbovla birlikdə “Şuşa İƏT Gənclər Paytaxtı – 2024” mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, “Şuşa İƏT Gənclər Paytaxtı – 2024” çərçivəsində keçiriləcək tədbirlər müsəlman gəncləri üçün stimul olacaq:
“Bu, həm də uzun illər işğal altında, amma indi sürətlə abadlaşan Şuşanın hekayəsini dünyaya tanıtmaq baxımından əhəmiyyətlidir”.