“Tərtər işi”nə görə Hərbi Prokurorluğun ləğvi təklif olundu

Respublika Hərbi Prokurorluğunun ləğv olunması ilə bağlı təklif irəli sürülüb.

 

Modern.az xəbər verir ki, bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc irəli sürülüb.

 

Tərtər hadisələrindən danışan komitə sədri Hərbi Prokurorluğu ittiham edərək, bu qurumun ləğvinə çağırış edib:

 

“Hərbi Prokurorluğu ləğv edib Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək, MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlmatqda fayda var”.

Mənbə

Share: