Təyyarə sərnişinlərlə birgə yanaraq kül oldu – VİDEO

ABŞ-ın Texas ştatında iki mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub.

Milletinsesi.az xəbər verir ki, hadisə Dallas dairəsinin Eddison şəhərində baş verib.

Məlumata görə, təyyarə hava limanının anqarına çırpılıb, sonra alovlanıb.

Şəhər idarəsinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Meri Rozenblit bildirib ki, yanan təyyarədə sağ adam qalmayıb.(oxu.az)


Share: