“Tottenhem” heç vaxt transfer dönəminin kralı olmayacaq” – Mourinyo

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo transfer planları haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, qışda yüksək məbləğli transferlər etməyəcəklərini deyib: “Mən Tottenhem”dəyəm. Bu klubun qaydalarını, hədəflərini bilirəm. Transfer bazarında vəziyyətimizə uyğun hərəkət edəcəyik. Biz heç vaxt transfer dönəminin kralı olmayacağıq. Pulu ilə ön planda olan klublarla transfer yarışına girməyəcəyik”,

Portuqaliyalı mütəxəssis bildirib ki, transfer məsələlərində ağıllı hərəkət etmək lazımdır: “Mən əlimdəki oyunçuları bəyənirəm. Futbolçularla  çox çalışdıqca onları daha yaxşı tanıyıram. Güclü və zəif cəhətlərini öyrənirəm”.

Share: