“Tottenhem”də Harri Keyn şoku

“Tottenhem”in futbolçusu Harri Keyn 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb  onu İngiltərə Premyer Liqasının 21-ci turunda səfərdə  “Sauthempton”la matçda (0:1) zədələnməsidir.

Beləliklə, 26 yaşlı hücumçu ölkə çempionatıda “Liverpul” və “Mançester Siti” ilə görüşləri dəqiq buraxacaq. O, Çempionlar Liqasının 1/8 finalında “Lesptsiq”lə oyunda da meydana çıxmaya bilər.

Qeyd edək ki, H.Keyn bu mövsüm Premyer Liqada  20 matçda 11 qol vurub və 2  qolun ötürməsi verib.

Share: