Türkiyə görünməmiş hücumla üz-üzədir – Kurum

Türkiyə bu gün tarixinin ən mühüm günlərini yaşayır, kritik mərhələdən keçir.

Millətin Səsi.az  xəbər verir ki, bu açıqlama ilə ölkənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum çıxış edib.

“Biz heç vaxt yalanın və fitnənin bu qədər tüğyan etdiyi və iqtisadi təxribatın bu qədər sistemli şəkildə həyata keçirildiyi bir dövr yaşamamışıq. Düşünün, qlobal miqyasda inflyasiyanın səviyyəsi 4-5 dəfə artıb. ABŞ, Almaniya, İngiltərə və Fransa kimi ölkələr iqtisadi böyümə nöqtəsində pis mənzərə ilə üzləşirlər. Ölkəmizdə həm büdcə balansımız, həm də artım tempimiz yaxşı səviyyədədir. Biz hər ay ixrac rekordu qırırıq. Dünya ölkələri mənfiyə doğru getdiyi halda, biz artımda demək olar ki, ikili rəqəmlərə çatırıq. Pandemiyaya baxmayaraq, heç bir sahibkarı tək qoymadıq. Amma görürsünüz, biz heç vaxt iqtisadi parametrlərlə izah edilə bilməyən valyuta dalğalanması ilə üzləşmişik. Bunun yalnız bir izahı var: Bu gün Türkiyə görünməmiş iqtisadi hücum əməliyyatı ilə üz-üzədir”, – nazir qeyd edib(Axar.az)

Share: