Türkiyədə içərisində turistlərin olduğu avtobus qəzaya uğrayıb

Türkiyənin Nevşehir bölgəsindəki Acıgöl rayonunda turistləri daşıyan avtobus başqa bir nəqliyyat vasitəsi ilə toqquşub. Avtobus toqquşmadan sonra aşıb.

Milletinsesi.az xəbər verir ki, qəza nəticəsində 27 nəfər xəsarət alıb. Onların əksəriyyəti turistdir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Xəsarət alanlar dərhal xəstəxanalara yerləşdiriliblər. (azərtac)

Share: