Türkiyədə komendant saatı elan olundu

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda 9 məhəllədə komendant saatı elan edilib.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, qərar terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatla əlaqədar qəbul edilib.

 

Müvəqqəti olaraq küçəyə çıxmaq qadağan olunub.

 

Qadağa Nusaybinin Tekağaç, Sapanlı, Mağaracık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol və Güneli məhəllələrində tətbiq olunub.

 

Mənbə

Share: