Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər ölüb, onlarla insan yaralanıb

Türkiyənin Qars şəhərində sərnişin avtobusu qəzaya uğrayıb, 7 nəfər ölüb, onlarla insan yaralanıb.

Milletinsesi.az-ın məlumatına görə, Bursa-Qars ekspedisiyasını həyata keçirən sərnişin avtobusu Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonu Karakurt kəndinin girişində 50 metr hündürlükdən aşıb.

Hadisə yerinə təcili yardım, xilasedicilər, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları və jandarm cəlb edilib.

Yaralılar təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.

Vəziyyəti ağır olan yaralılardan biri təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.

Mənbə

Share: