Turun son oyununda sensasiya qeydə alınıb

Azərbaycan Basketbol Liqasında XXV tura yekun vurulub.

Bağlanış oyununda “Zirvə Astara” və “Sərhədçi” komandaları qarşılaşıb.

“Sərhədçi” İdman Mərkəzində keçirilən görüünş ilk dəqiqələrindən üstünlüyü ələ keçirən bölgə təmsilçisi yekunda 103:93 hesablı qələbə qazanıb.

Bu qələbə ilə xallarını 30-a çatdıran “Zirvə Astara” 7-ci pillədə qərarlaşıb. 39 xalı olan “Sərhədçi” isə play-off zonasından uzaqlaşaraq, 5-ci sırada yer alıb.

Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Maykl Diqqins (34 xal, 11 ribaund), “Zirvə Astara”dan isə Ruşard Kruikşenk (22 xal, 8 asist) olublar.

Mənbə

Share: