Ukrayna səfiri Azərbaycan xalqını təbrik etdi

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını təbrik edib.

 

Modern.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində paylaşım edib.

 

“Qardaş Azərbaycan xalqı, biz ukraynalılar köməyinizə, dəstəyinizə və həmrəyliyinizə görə sizə təşəkkür edirik! Qoy qarşıdan gələn 2023-cü il qəlblərinizə sevinc, evlərinizə harmoniya və ailə rahatlığı gətirsin, gözəl ölkənizdə daim sülh və firavanlıq hökm sürsün!”, – deyə səfir yazıb.

Mənbə

Share: