Ukrayna və Rusiya XİN başçıları Türkiyədə görüşəcək – Moskva təsdiqlədi

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə görüşəcəklər.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, hər iki nazir Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiqləyiblər.

Çavuşoğlu qeyd edib ki, görüş martın 10-da Antalyada Türkiyənin iştirakı ilə üçtərəfli formatda keçiriləcək.

Rusiya XİN görüşün keçiriləcəyini təsdiqləyib. “Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Türkiyə xarici işlər nazirinin iştirakı ilə görüşü planlaşdırılır”- deyə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı zamanı əldə olunmuş razılığa əsasən, Türkiyə liderinin təşəbbüsü ilə Antalya Diplomatiya Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə təmas planlaşdırılır”, – Zaxarova qeyd edib.

Share: