Ukraynalı qaçqınlar İsveçdəki həyatlarından narazıdırlar

Stokholmda yaşayan ukraynalı qaçqınlar onlara verilən pulun azlığından şikayətlənirlər.

 

Musavat.com İsveçdə yaşayan sabiq əməkdaşı Rahib Kazımlının sosial şəbəkədə yazdığı qeydlərə istinadla xəbər verir ki, qaçqınlardan biri yerli “Aftonbladet” qəzetinə deyib ki, aclıqdan ölmək istəmir, yaşamaq istəyir”.

 

Sabiq əməkdaşımız qeyd edir ki, İsveçin əyalət şəhərlərinə getmək istəməyənlər və ölkənin paytaxtında qalmaq istəyənlər, prinsipcə, haradasa işləməklə çörək qazana bilərlər, çünki Stokholmda həyat başqadır: “Təbii ki, İsveçin verdiyi qaçqınlara verdiyi pul ehtiyacları ödəməyə kifayət etmir. Vəziyyəti nəzərə alan Qırmızı Xaç hər gün ukraynalılara 450 ərzaq bağlaması paylayır və onlar üçün isti yeməklər hazırlayır. Amma təəssüf ki, bu, qaçqınların narazılığını azaltmır. Yeri gəlmişkən, bu yaxınlarda kimsə İspaniyadan bir video paylaşmışdı. Heç demə, oradakı ukraynalılar da onlara verilən evlərin dənizdən uzaqda olmasından şikayətlənirlər…”.

 

434123352_8050773344936899_2981439111972536698_n.jpg (103 KB)

 

R.Kazımlı qeyd edir ki, vətənlərindən didərgin düşmüş insanların bütün kommunal, nəqliyyat, səhiyyə, təhsil və s. xərcləri ödənilir, üstəlik, xüsusi mağazalarda hər həftə onlara başqa yerlərdən 3-4 dəfə ucuz qiymətə ərzaq satırlar, aylıq ödənişdən əlavə paltar pulu da verilir.

 

Stausda qeyd olunur ki, müharibədən, labed ölümdən qaçan adamlar aldıqları pulu əyləncəyə xərcləyib, sonra uşaq bezlərinin azlığından şikayət edirlər.

 

Onu da qeyd edək ki, ukraynalı qaçqınların sığındığı digər Avropa ölkələrində olduğu kimi, İsveçdə də yerli ictimaiyyəti öz növbəsində bu tələbkarlıqdan bezgin olduğunu büruzə verir.

 

Mənbə

Share: