Ukraynalıların 88%-i ölkənin Aİ-yə üzv olacağına inanırlar

Ukraynalıların 88%-i ölkələrinin 10 ildən sonra Avropa İttifaqının (Aİ) üzvü olacağına inanır.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu sorğu keçirib.

 

Sorğu ilhaq edilən Krım yarımadası və Rusiyanın işğal etdiyi digər Ukrayna ərazilər istisna olmaqla, bütün Ukrayna əraazisində keçirilib. Sorğuda 1000 respondent iştirak edib.

 

Sorğunun nəticələrinə görə, hətta ağır döyüşlərin müşahidə olunduğu ölkənin şərqində də ukraynalılar Aİ-yə daxil olmağa nikbin baxıblar. Bu ərazidə respondentlərin 76 faizi ölkələrinin gələcəyini Aİ-də gördüklərini bildiriblər.

 

Akif İsmayılov

Mənbə

Share: