Ukraynaya yeni silah yardımı bu tarixdə elan ediləcək

Qərb ölkələri yanvarın 20-də Ukraynaya yeni hərbi yardımı təsdiq edəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

 

O qeyd edib ki, Qərb ölkələrinin müdafiə nazirləri yanvarın 20-də Ramşteyn formatında görüş keçirəcək. Baş katibin sözlərinə görə, yeni yardım paketinə piyadaların döyüş maşınları, eləcə də yüngül tanklar daxil olacaq.

 

“Mən yeni hərbi yardım elan edə biləcəyimizi gözləyirəm. ABŞ və Almaniyanın piyadaların döyüş maşını göndərmə qərarını, Fransanın yüngül tanklar göndərmək qərarını alqışlayıram. Əminəm ki, digər müttəfiqlər də Ramşteyndə yeni yardım elan edəcəklər”, – Stoltenberq deyib.

 

Akif İsmayılov

Mənbə

Share: