Xəzərin Azərbaycan sahillərində daha dörd suiti cəsədi aşkarlandı

Xəzər dənizinin Azərbaycan sahillərində daha 4 suiti cəsədi aşkar olunub.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

 

Bildirilib ki, Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində monitorinqlər davam etdirilir.

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, keçirilən monitorinqlər zamanı 9 dekabr 2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Xəzər dənizinin Novxanı, Goradil, Şüvəlan sahillərində ümumilikdə, 4 suiti cəsədi aşkar olunub.

 

Xidmət rəisinin sözlərinə görə, suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssislər tərəfindən cəsədlərdən nümunələr götürülüb, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Mənbə

Share: