Xaricdə ali təhsil alanların imtahan vaxtı dəyişdirildi

 

Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib.

Milletinsesi.az-ın məlumatına görə, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə tanınması üzrə imtahanda iştirak edəcək xarici ölkələrdə ali təhsil almış şəxslərə müraciət edib.

Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi iyulun 29-da keçirməyi planlaşdırdığı müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan texniki səbəblərdən avqustun 1-nə keçirilib.

İmtahanlar müvafiq ixtisaslar üzrə saat 11:00 və 14:00-da baş tutacaq.

Mənbə

Share: