XİN-in mətbuat katibi vəzifəsi ona həvalə olundu

 

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsində yeni təyinat olub.

Milletinsesi.az-ın əldə etdiyi məlumata görə, XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib.

XİN-in yeni sözçüsü bundan öncə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, 2018-ci ildən XİN-nin mətbuat katibi olan Leyla Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.

 

Share: