Xudatda meşə massivi yanır

 

Xudat ərazisində meşə massivində yanğın başlayıb.

Milletinsesi.az-ın Şimal bürosu xəbər verir ki, Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisində biçilmiş taxıl sahəsi və meşə massivində yanğın başlayıb. Təxminən ümumilikdə 30 ha, ərazi yanıb.

Məlumat üçün onuda qeyd edək ki, ərazidə Xudat-Xaçmaz və əks istiqamətdə avtomobillərin gediş-gəlisi i tənzimləmək üçün muvəqqəti postlar qoyulub.

Yanğın baş verən əraziyə hal hazirda FHN-nin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib.

Mənbə

Share: