YAP-ın mətbuat katibi işindən ayrıldı

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə o, özü bildirib.

O, vəzifəsindən ayrılmasının səhhətində yaranan müvəqqəti narahatlıqlarla bağlı olduğunu deyib.

Qeyd edək ki, E.Quliyev YAP-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə ötən ilin mayında təyin olunmuşdu.

Share: