Yaponiya hökuməti okeanda həll olan plastikin yayılmasına dəstək verəcək

Yaponiya hökuməti okeanda həll olan plastik istehsal edən milli şirkətlərə dəstək verməyi planlaşdırır.

AZƏRTAC Yaponiya İqtisadiyyat, Ticarətə və Sənaye Nazirliyinə istinadla xəbər verir ki, bu cür plastiklər hazırda ölkədə istehsal edilən 10 milyon ton plastmasın ümumi miqdarında çox cüzi paya malikdir.

Yaponiya, İtaliya və Almaniyanın kimyəvi məhsullar istesal edən şirkətləri tərəfindən buraxılan bioloji parçalanmaya malik plastmas növləri dünya miqyaslı problemə çevrilən plastik tullantılar probleminin həllinə mühüm təsir göstərə bilər.

Okeandakı mikroorqanizmlərin yaratdığı fermentlər və digər faktorlar plastikin bu növünün suya və karbon 4-oksidə parçalanmasına səbəb olur.

Nazirliyin rəsmi nümayəndələrinin bildirdiyinə görə, hökumət şirkətlərlə birlikdə çalışaraq bu cür parçalanan plastmasların beynəlxalq standartlarını yaratmağı və bununla da bütün dünyada onun istehsalını və satışını artırmağı nəzərdə tutur.

Hazırda həmin məhsul üzrə hər bir istehsalçı şirkət öz texniki standartlarına malikdir.

Bu məqəsədlə, dövlət tədqiqat müəssisələrinin özəl şirkətlərlə birlikdə araşdırmalar aparması nəzərdə tutulur.

Share: