Zelenski Putinlə bir sammitdə iştirak etmək arzusunda deyil…

“Sülh, sağlamlıq, rəqəmsal tsansformasiya və dayanıqlı energetikaya keçid G20 sammitinin gündəliyində duran məsələlərdir…”

“Əgər sammitdə Rusiya prezidenti iştirak edəcəksə, Ukrayna iştirak etməyəcək…”

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, noyabr ayında İndoneziyada keçiriləcək İyirmilər Qrupunun (G20) sammitində oraya Rusiya prezidenti Vladimir Putinin gələcəyi təqdirdə iştirak etməyəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “УНИАН” nəşri məlumat yayıb.

“Mənim şəxsi və Ukraynanın mövqeyi bundan ibarət olub ki, əgər Rusiya lideri iştirak edəcəksə, Ukrayna iştirak etməyəcək”, – Zelenski deyib.

Ukrayna dövlətinin başçısı əlavə edib ki, “iyirmiliyin” digər üzvlərinin iştirakını izləmir, lakin dəqiqləşdirib ki, Ukrayna qarşıdakı sammitə hazırlaşır.

Zelenski həmçinin məlumat verib ki, bu gün indoneziyalı həmkarı Coko Vidodo ilə telefon söhbətində noyabrın 14-15-ə təyin edilmiş G20 sammitini müzakirə edib.

“İstənilən halda biz bu gün yenidən dəvət olunduq, – Ukrayna prezidenti məlumat verib. – Baxaq, görək, hələ bir neçə gün qalır”.

Qarşıdakı sammit Bali şəhərində keçiriləcək. Gündəlik məsələlər sülh, sağlamlıq, rəqəmsal transformasiya və dayanıqlı energetikaya keçiddir.

İndoneziya prezidenti Coko Vidodo sammitə Rusiya prezidentini də dəvət edib, lakin hələlik onun iştirakı təsdiqlənməyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya tammiqyaslı hərbu müdaxiləsindən öncə Zelenski dəfələrlə Putinlə şəxsən görüşməyə hazır olduğunu ifadə edib, öz vəzifəsinə başladığı dönəmdə isə “Putinin gözlərinə baxmağın” zəruriliyini söyləyib və 2019-cu ildə Normand dördlüyünün görüşü zamanı bunu edib.

Bundan başqa, hələ 2022-ci ilin mayında Zelenski görüşə Kremldən olan vasitəçilərsiz, ultimatumlar deyil, dialoq şərtilə görüşməyə hazır olub.

Mənbə

Share: