Zelenskidən HƏYƏCAN TƏBİLİ: “Ukrayna dözməsə, Putin mütləq…”

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Moskva ilə münaqişədə məğlub olacağı təqdirdə nə baş verəcəyini açıqlayıb.

 

O, bu barədə NBC telekanalına müsahibəsində danışıb.

 

Zelenski Ukrayna üçün mümkün məğlubiyyətin nəticələrini açıqlayıb və etiraf edib ki, bu halda Rusiya Baltikyanı ölkələrlə münaqişəyə başlayacaq.

 

“Ukrayna dözməsə, Putin mütləq Baltikyanı ölkələri işğal edəcək, o zaman Polşa və Almaniyanın bir hissəsi hücuma məruz qalacaq. Sadəcə ona görə ki, Putin Sovet İttifaqının “təsirini” qaytarmaq istəyir”, – deyə o bildirib.

 

Zelenski Ukraynanın qalib gəlmə şansını da açıqlayıb. O, həmçinin ölkənin minlərlə əsgərin çox ehtiyac duyduğu silah sistemlərini alacağına ümid etdiyini bildirib.

Mənbə

Share: