![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı kömək edən hər kəsi təltif edəcək.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ərdoğan bildirib ki, zəlzələ zamanı kömək edən 55 min yerli və əcnəbi şəxsə Fəxri Fədakarlıq medalı və ordeni təqdim ediləcək.


