58 yaşlı kişi tut ağacından yıxılıb öldü

Mingəçevir sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini 1965-ci il təvəllüdlü Kamran Salahov iyunun 2-də qonşusunun həyətindəki tut ağacından yıxılaraq kəllə-beyin travması alıb.

 

O, xəstəxanaya yerləşdirilib və bu gün orada vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: