Xankəndində haykların ən çox aldığı kitablar arasında III yerdə müsəlman yazıçının əsəridir…

1-ci yeri isə İncil tutub…

 

“Görəsən, Bakıda sakinlərin alıb oxuduğu kitablarla bağlı sorğu keçirilsə, Müqəddəs Qurani-Kərim kitabı neçənci yeri tutar?…”

 

Xankəndində jurnalistlərin təşkil etdiyi “Artsax bestseller” layihəsi bu ilin may ayında və iyunun ilk beş günündə bu Azərbaycan şəhərində məskunlaşdırılmış haykların ən çox aldığı beş kitabın siyahısını təqdim edib.

 

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri məlumat yayıb.

 

Bəhs olunan siyahıda birinci yerdə İncil – Köhnə və Yeni Əhdi-Cədid dayanır.

 

İkinci yerdə Coan Roulinqin “Harri Potter və Feniks ordeni” romanı qərarlaşıb.

Üçüncü yeri Əfqanıstanın Kabil şəhərində yaşayan Əmir adlı oğlan və onun ən yaxın dostu, ev qulluqçusunun oğlu Həsəndən bəhs edən əfqan mənşəli amerikalı yazıçı Xalid Hüseynin “Külək ardınca qaçan” romanı tutur.

 

Dördüncü yerdə Erix Mariya Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” əsəri qərarlaşıb. 

 

Ovanes Tumanyanın “Nağıllar toplusu” Xankəndinin kitab mağazalarında ən çox axtarılan kitablar arasında beşinci yeri tutur.

 

P.S. Görəsən, Bakıda sakinlərin alıb oxuduğu kitablarla bağlı sorğu keçirilsə, Müqəddəs Qurani-Kərim kitabı neçənci yeri tutar?… Və ümumiyyətlə, əhalinin neçə faizinin kitab oxuduğu bəlli olar?..

 

Sultan Laçın

 

Mənbə

Share: