“Həyat yoldaşım Kreml üçün bir nömrəli hədəfdir”

“Həyat yoldaşım Kreml üçün bir nömrəli hədəfdir”

“Kimsənin siyasi kontekstdə etnik mənsubiyyətini müzakirə etmək çox utancvericidir…”

 

Zelenskskaya İsrail mətbuatına Putin haqqında və İsrail ilə bağlı ümidlərindən danışıb

 

Ukraynanın birinci xanını Yelena Zelenskaya bəyan edib ki, hərbi və siyasi mövzulardan yan keçməyə cəhd edir, lakin Ukraynada müharibə ilə bağlı ən vacib suallara cavab verməyə razı olub.

 

Moderator.az xəbər verir ki, bu barədə o, İsrail KİV-ləri üçün brifinqdə danışıb. Məlumatı  “Jerusalem Post” nəşri yayıb.

 

“Düşünürəm ki, İsrail Ukraynaya kifayət qədər yardım edilməsi ilə bağlı öz mövqeyini müəyyən etməlidir. Biz bilirik ki, İsrail böyük potensiala malikdir, bilirik ki, sizdə bizim ehtiyacımız olduğu yüksək texnologiyalar var, amma sizin cəmiyyətiniz bunların bizə kifayət qədər verilməsi barədə qərara gəlməlidir”, – Zelenskaya deyib və bu il aviasiya zərbələri barəsində İsrailin erkən xəbərdarlıq sistemlərinin Ukraynada yerləşdirilməsinin sürətləndiriləcəyinə ümidini ifadə edib.

 

İsrail müharibə başlanandan Kiyevə humanitar yardım göndərib, Ukraynaya raket hücumu barəsində xəbərdarlıq sistemlərinin sınaqları ötən ay başlanıb. Lakin Ukrayna hərbi yardım istəyib, bu da Rusiyanın Suriyada mövcudluğunun davam etməsi fonunda tədarük edilməyib, nəşr yazır.

 

Zelenskaya deyib ki, öz gününə xəbərlərə baxmaqla başlayır ki, gecə Rusiya raketlərinin haraya düşdüyündən xəbər tutsun. O, deyib ki, bu yaxınlarda onun doğma Krivoy Roq şəhərində yanından uzun illər hər gün keçib getdiyi çoxmərtəbəli bina atəşə tutulub.

 

Birinci xanım etiraf edib ki, bir çox israillilərin keçirdiyi həyəcanı anlayır: “Mən bunun nə demək olduğunu bilirəm, xəbərlərə baxırsan, nə baş verdiyini anlamaq istəyirsən, rəsmi məlumat alanadək zərərçəkənlər arasında yaxınlarının olduğunu bilmirsən”.

 

Yelena Zelenskaya deyib ki, həyat yoldaşı, Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı yaşayır, o, təhlükəsizlik məqsədilə öz kabinetində gecələyir, çünki Kreml üçün bir nömrəli hədəfdir. Onun özü isə bu zaman evdə iki övladı ilə qalır.

 

“Əgər bəxtimiz gətirsə, ofisdə nahar fasiləsində görüşürük. Bizim heç birimiz indiki məqamda özümüzə boş vaxt və ya əyləncələr rəva bilə bilmərik”, – Zelenskaya deyib.

 

O, Rusiya prezidenti Vladimir Putinin onun ərinin, əslində, yəhudi olmadığı, yəhudi xalqının üzqarası olduğu barədə sözlərini kəskin formada şərh edib.

 

“Bu, çox utancvericidir. Mən, umumiyyətlə, siyasi kontekstdə kiminsə etnik məncubiyyətini müzakirə etməyin mümkün ola biləcəyini anlaya bilmirəm”, – Zelenskaya deyib.

 

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı iyunun 19-da İsrailə gəlib. Birinci xanım deyib ki, Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlanandan o, İsrail prezidenti Mixal Hersoqun həyat yoldaşı ilə mental sağlamlıq sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir.

 

Dünən səhər Yerusəlimdə Lvov vilayətindən olan ukraynalılar Yuliya və Roman Şepanyukun şərəfinə xiyaban açılıb. 1941-ci ildə onlar yəhudi ailəsini ölümdən xilas edib. Fəxri tədbirdə Zelenskaya nitq söyləyib.

 

Bu arada isə Rusiyada Ukraynanın birinci xanımının İsrail vətəndaşlığı haqqında yeni feyk məlumatlar yayılır. Sübut üçün “yeni” pasportun fotoşəkli dərc edilir, Zelenskayanın İsrailə  guya, buna görə gəldiyi iddia edilir. Lakin dərc edilən sənədin feyk olduğu şübhə doğurmur.

Mənbə

Share: