“Liverpul”dan 8 milyonluq transfer – Rəsmi

“Liverpul” “Zalsburq”un futbolçusu Takumi Minaminonu transfer edib.

Qol.az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb. 24 yaşlı hücumçunun yanvarın 1-i-qış transfer pəncərəsi açıldıqdan sonra “Liverpul”a keçəcəyi bildirilib. Müqavilənin detalları barədə məlumat verilməyib.

Britaniya mətbuatı isə yapon oyunçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanacağını yazıb. Bu transfer üçün 7 milyon funt (təqribən 8.2 milyon avro) təzminat ödəniləcəyi iddia olunub.

Qeyd edək ki, T.Minamino yeni klubunda 18 nömrəli forma ilə çıxış edəcək.

Share: