BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Şənbə , Mart 28 2020
Son xəbərlər
Ana səhifə / Aktual / Milyoner bələdiyyə sədrindən Prezidentə şikayət

Milyoner bələdiyyə sədrindən Prezidentə şikayət


Ölkə prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, hansı məmur əyri yola gedirsə, mənə məlumat verin.

Cənab prezident!  Masazır bələdiyyəsinin daimi sədri Siyanfər Əliyev 20 ildən artıqdır Masazırı qeyri-qanuni yollarla satıb talayaraq milyonlara sahiblənib. Onun haqqında öyrənmək üçün hər hansı araşdırma aparmağa ehtiyac yoxdur. “Google”də sadəcə Siyanfər yazmaq kifayətdir ki, onun hansı “istedada” malik olmağı məlum olsun. “Uşaq qatili”, Bələdiyyə qulluqçuları və üzvlərinin ölümündə baiskar, Masazır vətəndaşına məxsus torpaqları qanunsuz yollarla satan saxtakar, qəbir oğrusu, cinayətkar qrupun adamı kimi mətbuatda ad çıxaran Siyanfər Əliyev yenə də Masazır Bələdiyyəsinə namizədliyini irəli sürüb. Dəhşətlisi odur ki,hüquq mühafizə orqanlarında onun adına səsləndirilən ifadələri təsdiqləyən çoxlu şikayət ərizələri də olub. Amma hər dəfə milyoner sədr hansı yollarlasa özünü təmizə çıxara bilir..

Özünün və ona yaxın ətrafının dediklərinə görə, ömürlük bələdiyyə sədri əhdinə sadiq olacağına söz verib. Yəni, yenə də sədr olacaq. Hətta icra başçısı olmaq istəyirmiş, amma PA-dakı adamı vəzifəsinin itirdiyi üçün onun bu arzusu reallaşmayıb.

Hörmətli Prezident! Siyanfər Əliyev və onun kimi şəxslər Sizin həyata keçirdiyiniz islahatlara kölgə salır və daim əks fəaliyyət göstərir. Bu bələdiyyə sədri sağlamlığını ərzai bütövlüyü uğrunda itirmiş ikinci qrup əlilə gölün ortasında yaşamağı məsləhət görərək, onun haqqı olan torpaqları millət vəkillərinə, hüquq mühafizə orqanlarında çalışanlara və digər iri məmurlara peşkəş edərək öz postunu və taladıqlarını uzun illərdir   qoruya bilir.

Dəyəri milyonlarla ölçülən Brilliant Şadlıq Sarayının, “Qurtuluş-93”-ün yanında yerləşən qamarladığı hektarlarla torpaq sahəsi, qohum əqrabasının adına onlarla ev və obyektlərin hansı pulla almasını aidiyyəti qurumlar bu günə araşdırmır və onlar  gizli saxlanılır.

Cənab prezident bir vətəndaş olaraq  Sizdən xahiş edirəm ki, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin fəaliyyətinin araşdırılamsı üçün hüquq mühafizə orqanlarına göstəriş verəsiniz..

Talıb Əhədov

 

mersin escort
mersin escort