Dünyada bu günə qədər qeydə alınan ən uzun ildırımın ölçüsü açıqlanıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Ümumdünya Metrologiya Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, dünyanın ən uzun ildırımı 2018-ci ilin oktyabrın 31-də Braziliyada qeydə alınıb:
“İldırımın uzunluğu üfüqi olaraq 709 kilometr olub. 2019-cu il martın 4-də Argentinada çaxan ildırım isə 16,73 saniyə davam edib. Bu da indiyə qədər qeydə alınan ən uzunmüddətli ildırım olub”.