Qazimiz Vətənə qayıtdı

Ağır yaralanan qazilərimizdən biri Yaqubov Rauf Qabil oğlu Türkiyədə müalicəsini tamamlayaraq Vətənə geri qayıdıb.

 

“YAŞAT” Fondundan Modern.az-a verilən xəbərə görə, həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır. 

 

Xatırladaq ki, bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın “Hesabatlar” (//yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Mənbə

Share: