Baş prokuror Kamran Əliyev cari il noyabrın 22-də saat 10:00-da Sumqayıt Şəhər Prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokuroru tərəfindən həyata keçiriləcək.