
“Avtoritar rejim çox dəhşətlidir, hər şey bir nəfərdən asılıdır, bu da böyük risk deməkdir…”
“Rusiyalılar tam təcrid olunduqlarını anlayanda, demokratiya uğrunda mübarizə aparacaq…”
“Mənim növbəti qonağımın təqdimata ehtiyacı yoxdur…”
Ukrayna prezidenti Vladimir Zelendki əmindir ki, Rusiya lideri Vladimir Putin öləndə, Ukraynada müharibə bitəcək.
Moderator.az xəbər verir ki, bu barədə Zelenski “Netfliks” proqramının Devid Lettermanla “Mənim növbəti qonağımın təqdimata ehtiyacı yoxdur” xüsusi buraxılışına verdiyi müsahibəsində bəyan edib.
“Netfliks”də Zelenski ilə “Mənim növbəti qonağımın təqdimata ehtiyacı yoxdur” şousunun xüsusi buraxılışı Kiyev metrosunda lentə alınıb.
Proqramın aparıcısı, dünyada tanınmış amerikalı yumor ustası çəkiliş qrupu ilə birgə “Ukrayna prezidenti Vladimir Zelenski ilə narahatedici, şəxsi və dərin mövzular barədə söhbət etmək” üçün Kiyevə yollanıb.
Zelenski ilə müsahibə Kiyevin “Müstəqillik meydanı” metrosunda çəkilib, bu zaman stansiyada qatarların dayanması və yola düşməsi eşidilib.
Aparıcı Devid Letterman Zelenskidən soruşub:
“Təsəvvür edək ki, Putinə soyuq dəyib və o, ölüb və ya təsadüfən pəncərədən yıxılaraq ölüb, müharibə davam edəcəkmi?”
“Yox, – Ukrayna prezidenti əminliklə cavab verib. – Müharibə olmayacaq. Avtoritar rejim çox dəhşətlidir. Böyük riskə malikdir, hər şey bir nəfərdən asılı ola bilməz. Ona görə də rəhbər gedəndə, təsisatlar da dayanır. Belə hal Sovet İttifaqı ilə baş verib. Hər şey dayanıb. Düşünürəm ki, Putin olmasa, onlara çətin olacaq. Onlar xarici deyil, daxili siyasətlə məşğul olacaq”.
Zelenskinin fikrincə, rusiyalılar tam təcrid olunduqlarını anlayanda, demokratiya uğrunda mübarizə aparacaqlar.
“Mənim növbəti qonağımın təqdimata ehtiyacı yoxdur” proqramının Ukraynada müharibəyə həsr edilən xüsusi buraxılışının premyerası bu gün, dekabrın 12-də baş tutub.


